Menu

Naxçıvanda iki avtomobil toqquşub, xəsarət alan var

08.01.2024, 21:41
Naxçıvanda iki avtomobil toqquşub, xəsarət alan var

Naxçıvan şəhərində iki avtomobil toqquşub, xəsarət alan var.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Əziz Əliyev prospektində qeydə alınıb.

"VAZ-2108" və "Azsamand" markalı avtomobillərin toqquşması nəticəsində Şahbuz rayon Badamlı kənd sakini, 1993-cü il təvəllüdlü Abbasov Asim Elxan oğlu xəsarət alıb. O, Naxçıvan Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol