Menu

Prezident Qaz İxrac edən Ölkələrin Forumunun baş katibini qəbul edib

29.11.2014, 15:21
Prezident Qaz İxrac edən Ölkələrin Forumunun baş katibini qəbul edib

İlham Əliyev noyabrın 29-da Qaz İxrac edən Ölkələrin Forumunun baş katibi Seyid Məhəmməd Hüseyn Adelini qəbul edib.

Baş katib Seyid Məhəmməd Hüseyn Adeli rəhbərlik etdiyi təşkilat barədə dövlət başçısına məlumat verdi. O, Qaz İxrac edən Ölkələrin Forumuna üzv olan 17 dövlətin ölkəmizlə əməkdaşlıqda maraqlı olduğunu deyib. Azərbaycanın bu sahədə böyük potensiala malik olduğunu vurğulayan Seyid Məhəmməd Hüseyn Adeli qlobal qaz bazarında ölkəmizin mühüm rol oynayacağına əminliyini bildirib.

Ölkəmizin böyük qaz ehtiyatlarına malik olduğunu deyən Prezident İlham Əliyev hazırda təbii qazın müxtəlif marşrutlarla nəqlinin uğurla həyata keçirildiyini vurğulayıb. Dövlət başçısı Qaz İxrac edən Ölkələrin Forumu ilə əməkdaşlığın təşkilata üzv olan ölkələrlə ikitərəfli əlaqələrin inkişafına da xidmət edəcəyinə əminliyini ifadə edib.

Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb /AzərTAc

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol