Bu il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində prezidentliyə namizədlər işğaldan azad edilmiş ərazilərdə təşviqat apara biləcəklər.
“Report”un məlumatına görə, Mərkəzi Seçki Komissiyası (MSK) bunun üçün yerlər ayrıb.
Komissiyanın açıqladığı siyahıda Zəngilan rayonunun Ağalı kəndi, Şuşa şəhəri, Laçın şəhəri və Laçın rayonunun Zabux kəndi yer alıb.
Belə ki, namizədlər Şuşa şəhər 1 saylı tam orta məktəbin akt zalında, Zəngilan rayonu, Ağalı kəndindəki Fəvvarələr meydanında, Ağalı kənd tam orta məktəbin akt zalında, Laçın şəhəri bulvar ərazisində, Laçın şəhərində yerləşən Lasinema Kino Mərkəzində, Laçın rayon Zabux kənd tam orta məktəbin qarşısında, Zabux kənd tam orta məktəbin akt zalında seçicilərlə görüşə biləcəklər.
Xatırladaq ki, bu il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkiləri işğaldan azad edilmiş ərazilərdə keçiriləcək ilk seçkidir.


Şərhlər
Çırmanırıq keçməyə çay gəlməmiş.Azad olunan rayonlarda qeydiyyarda olan seçici var ki?Bu da MSK-nın növbəti saxrakarlığına əsasdır? Ortaya bülletenlər atacaqlar ki,bu da azad olunmuş rayonların seçicilərinin səsidir? Bu məumat Məzahirin uydurmasıdır.
Azad edilmş ərazilərə 50-60 adam buraxılıb.onların da nə orada paspor qeydiyyatı var.nə də yaşadqıarı adres. Bu mənasız məlumatn mənasını kim açıqıaya bilər?
azad edilmiş rayonlarda işğaldan öncəki seçilərin və ocaqları işıqlanan evlərinin sayının hələlilik onda doqquzu belə tamamlanmayıb