Menu

"TDT-nin daha funksional quruma çevrilməsi üçün çalışırıq" - Hakan Fidan

09.01.2024, 14:36
"TDT-nin daha funksional quruma çevrilməsi üçün çalışırıq" - Hakan Fidan

Türk Dövlətləri Təşkilatının (TDT) daha funksional və təsirli olmasını istəyirik.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Bişkekdə qırğızıstanlı həmkarı Cinbek Kulubayevlə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, nazirlərin görüşü zamanı bu məsələ xüsusi müzakirə olunub: “Bildiyiniz kimi, TDT-yə Qırğızıstan sədrlik edəcək. Bu işdə Qırğızıstana uğurlar arzu edirik”.

H.Fidan, həmçinin qeyd edib ki, həmkarı ilə digər regional məsələlər barədə də danışıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol