Menu

Fransada yeni əks-kəşfiyyat rəisi təyin edilib

09.01.2024, 19:36
Fransada yeni əks-kəşfiyyat rəisi təyin edilib

Selin Berton Fransanın Daxili Təhlükəsizlik Baş İdarəsinə (əks-kəşfiyyat) rəhbər təyin edilib və bu postu tutan ilk qadın kimi tarixə düşüb.

“Report” xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen X sosial şəbəkəsində məlumat verib.

“Bu gündən etibarən Selin Berton Daxili Təhlükəsizlik Baş İdarəsinin yeni baş direktorudur”, - o yazıb.

Əks-kəşfiyyatın rəhbəri kimi Berton dekabr ayında Fransa Xarici Kəşfiyyat Baş İdarəsinin rəisi təyin edilmiş Nikolya Lerneri əvəz edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol