İngiltərənin “Çelsi” futbol klubunun sahibi, yəhudi əsilli rusiyalı iş adamı Roman Abramoviç Türk Hava Yolları (THY) aviaşirkəti ilə yeni müqavilə imzalayıb.
Virtualaz.org saytı xəbər verir ki, reklam müqaviləsinə əsasən dünyanın ən böyük hava yolu şirkətlərindən biri olan THY Abramoviçə ildə 25 milyon funt-sterlinq (təxminən 30 milyon manat) ödəyəcək.
2005-ci ildən etibarən “Samsung”la reklam müqaviləsi olan “Çelsi” klubu bundan sonra THY-nin reklamını daşıyacaq. İngiltərə klubu “Samsung”la usə illik 18 milyon funt-sterlinqə razılaşmışdı.
İngiltərə futbol tarixinin ən böyük reklam müqaviləsi kimi tarixə düşəcək bu sponsorluq anlaşmasının 2015-ci ilin əvvəlində rəsmiləşəcəyi bildirilir.


Şərhlər