Menu

Qeyri-sabit hava şəraiti davam edəcək, bəzi yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

10.01.2024, 11:03
Qeyri-sabit hava şəraiti davam edəcək, bəzi yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi, yanvarın 10-da ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti müşahidə olunur. Yağıntılı hava şəraiti yanvarın 12-dək fasilələrlə davam edəcək.

Bu barədə Xidmətin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.

Onun sözlərinə görə, yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar yanvarın 11-i gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol