Menu

Rus xalqının böyük əksəriyyəti hələ də Putini dəstəkləyir - Çikaqo Universitetinin sorğusu

10.01.2024, 11:25
Rus xalqının böyük əksəriyyəti hələ də Putini dəstəkləyir - Çikaqo Universitetinin sorğusu

Rusiyada iqtisadi şəraitin və həyat səviyyəsinin pisləşməsinə baxmayaraq, hələ də Vladimir Putin rejiminə və Ukraynadakı müharibəyə güclü daxili dəstək var.

"AzPolitika.info" xəbər verir ki, ABŞ-nin Çikaqo Universitetinin Araşdırma Mərkəzinin ruslar arasında apardığı sorğu da bunu təqsdiqləyir.

Belə ki, mərkəzin Rusiya Federasiyasında və Rusiya tərəfindən işğal olunmuş Krımda yaşayan 1046 yetkin rusiyalı arasında keçirdiyi sorğuya əsasən, respondetlərin 67%-i Putinin xarici siyasətini, 58%-i isə daxili siyasətini bəyənir. 66% isə martda keçiriləcək prezident seçkilərində Putinə səs verməyi planlaşdırır.

Sorğu zamanı məlum olub ki, ruslar ölkədəki qiymət artımından narazı olsalar da, bu, Putinin reytinqinə ciddi təsir göstərməyib. Nəticələrə görə, sorğu iştirakçılarının 63%-i Ukraynadakı müharibəni dəstəkləyir və respondentlərin 64%-i müharibəni “Rusiya ilə Qərb arasında sivilizasiya mübarizəsi” kimi qiymətləndirir.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol