Ermənistanda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən iki rusiyalı hərbçi saxlanılıb. Bu barədə ermənin mətbuatı məlumat yayıb.
Şirak vilayətində yoxlama aparan patrul xidmətinin əməkdaşları “Opel” markalı avtomobili saxlayıblar.
Aparılan axtarışlar zamanı avtomobildə narkotik vasitə tapılıb. Faktla bağlı rusiyalı hərbçilərlə yanaşı, iki yerli sakin də saxlanılıb.
Erməni KİV-lərinin məlumatına görə, hadisə yanvarın 6-da baş verib.
"AzPolitika.info"


Şərhlər