Menu

Prezident ölkəmiz qarşısında ciddi bir məsələ olarsa ilk kimə zəng edəcəyini açıqladı

10.01.2024, 21:43
Prezident ölkəmiz qarşısında ciddi bir məsələ olarsa ilk kimə zəng edəcəyini açıqladı

Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində İkinci Qarabağ müharibəsi zamanı ən çox telefonla danışdığı şəxslərin adlarını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı bununla bağlı deyib: “İkinci Qarabağ müharibəsi zamanı ən çox telefonla danışdığım insanlar Türkiyə Prezidenti və Rusiya Prezidenti idi. Bu da təbiidir, Türkiyə Prezidenti müharibənin ilk günündən son gününə qədər bizim yanımızda idi, Azərbaycana verdiyi siyasi və mənəvi dəstək bir çoxlarına bir mesaj idi”.

Prezident İlham Əliyev bildirib ki, bu gün ölkəmiz qarşısında əgər hansısa ciddi bir məsələnin dayanacağı təqdirdə, zəng edəcəyim insan, əlbəttə, ilk növbədə, qardaşım Rəcəb Tayyib Ərdoğan olacaq, onu məlumatlandıracağam.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol