Menu

Putindən neft proqnozu

29.11.2014, 16:58
Putindən neft proqnozu

Rusiya prezidenti: Gələn ilin ilk rübündə qiymətlər tarazlanacaq

Rusiya dövlət başçısı Vladimir Putin, neft qiymətləriylə bağlı optimist danışıb.

ANS PRESS-in məlumatına görə, Fransız neft şirkəti Totalın icraçı direktoru Patrik Poyannla görüşdən sonra danışan Putin neft qiymətlərinin 2015-ci ilin ilk rübündə tarazlanacağını deyib.

"Gələn ilin ilk rübündə ya da ortasında, neft bazarının tarazlıq tapacağına çox əminəm", – deyə Putin OPEC-in son toplantısını əsas götürüb.

Qeyd edək ki, OPEC ölkələri Vyanada keçirilən iclasda neft qiymətinin düşməsinə qarşı gözlənilən hasilat kvotasının azalması qərarını verməyiblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol