Mətbuat hər zaman çalışmalıdır ki, seçki proseslərini izləməklə yanaşı, seçki prosesindəki çatışmazlıqları da yaxından araşdırsın.
“Report”un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinin əsaslarına həsr edilən müşavirədə çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycanda seçki praktikasına nəzər salsaq, burada KİV-lər əsas rol oynayır: “Ona görə də KİV-lərlə keçirilən tədbirlər xüsusi əhəmiyyət kəsb edir”.
M.Pənahov söyləyib ki, seçkilər demokratiyanın əsas meyarı hesab olunur: “Ona görə də bu prosesə kənar müdaxilələr edilməyə çalışılması sirr deyil. Bu baxımdan seçki prosesində hər kəs məsələlərə birinci vətəndaş instinkti ilə yanaşmalıdır. Vətən müharibəsindən sonra bir çox məsələlərin şahidi olduq. Hər birimiz bu məsələdə özümüzü məsuliyyətli tərəf kimi hiss etməli və ölkəmizə qarşı mənfi yanaşmaların qarşısının alınmasında əlimizdən gələni etməliyik”.


Şərhlər
Seçki prosesində ən önəmli moment seçicilərin işritak faizi (Prezident seçkilərində bu faiz 75 faizdən aşağı ola bilməz ) və qalibə seçkidə iştirak edənlərin ən azı 51 faizinin müsbət nəticəsi olması əsas götürülməlidir.
Seçki prosesində ən böyük çatışmamazlıq namizədlərin təsdiqlənməsidir.Bu namizədlərdən neçəsi Naxçıvanlı və neçəsi kürd.erməni qarışığıdır?Məgər Azərbaycan bir Naxçıvandan ibarətdir?Bir də bu namizədlərin 60 seçki dairəsindən qısa müddərdə 40 000 imza toplaması da olduqca inanılmaz və şübhəlidir.
Proses var ki.hələ araşdırılsın?Sonu əvvəldən bəlli olan "seçki"nin mənasını kim aydınlaşdıracaq?Bu lazı idimi?Oyunbazlıq! Mənasız məsrəf! Xalqda seçki ruhu qoymusunuz?ı Saxtakarlıq!