Menu

Ukraynaya 50 milyard avroluq yardımla bağlı müsbət irəliləyiş – Macarıstan bu dəfə qarşı çıxmadı

11.01.2024, 11:31
Ukraynaya 50 milyard avroluq yardımla bağlı müsbət irəliləyiş – Macarıstan bu dəfə qarşı çıxmadı

Avropa İttifaqına üzv ölkələrin daimi nümayəndələri Ukraynaya dörd il müddətinə - 2024-2027-ci illər üçün 50 milyard avroluq maliyyə yardımının təsdiqlənməsi istiqamətində irəliləyişə nail olublar.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Aİ Şurasının saytındakı press-relizdə deyilir.

Məlumata görə, əvvəlki iclasda Avropa İttifaqının Ukraynaya 50 milyardlıq maliyyə yardımı ayırmasına veto qoyan Macarıstan bu dəfə buna qarşı çıxmayıb.

Qeyd olunur ki, Aİ-yə üzv ölkələrin səfirləri Ukraynanın bərpası, yenidən qurulması və modernləşdirilməsini dəstəkləmək üçün yeni vahid xüsusi vasitənin yaradılması təklifi üçün “qismən danışıqlar mandatı”nı təsdiqləyiblər. 

“Bununla belə, təsdiq edilmiş danışıqlar mandatına büdcə ilə bağlı məsələlər, xüsusən də maliyyələşdirmənin ümumi həcmi, qrant və kreditlərin payı ilə bağlı məsələlər daxil edilmir. Bu, Aİ-nin 2021-2027-ci illər üçün çoxillik maliyyə büdcəsi çərçivəsinə ortamüddətli yenidən baxılması ilə bağlı danışıqların yekun nəticəsindən asılı olacaq”,-deyə məlumatda bildirilir.

O da bildirilir ki, növbəti addımlar çərçivəsində Aİ Şurası ilə Avropa Parlamenti arasında danışıqlar aparılmalıdır. Reqlament şəklində olan bu razılaşma Aİ Şurasının iclasında və Avropa Parlamentində rəsmi şəkildə təsdiqlənməlidir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol