ABŞ-də Prezident Co Baydeni onun Ukrayna siyasətinin zəifliyinə görə ittiham edirlər.
“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, Respublikaçılar Partiyasının nümayəndələri ABŞ Prezidenti Co Bayden administrasiyasını Ukraynaya kifayət qədər yardım göstərmədiyinə görə tənqid edib və ondan qətiyyətli addımlar atmasını tələb ediblər.
Bununla bağlı müvafiq sənədi Respublikaçıların rəhbərlik etdiyi Konqresin Nümayəndələr Palatasının üç komitəsi dərc edib. Qeyd olunur ki, Ukraynada qələbə üçün təklif olunan və Xarici Əlaqələr (Maykl Makkol), Silahlı Qüvvələr (Mayk Rocers) və Kəşfiyyat (Mayk Turner) komitələrinin sədrləri tərəfindən imzalanan plan 2023-cü ilin sonunda hazırlanıb.
Sənədin məqsədi ABŞ və müttəfiqlərinin Ukraynaya dəstəyi ilə bağlı kritik suallara cavab tapmaqdır. Orada respublikaçılar Bayden administrasiyasından Ukraynanın Rusiyanı məğlub edəcəyi plan təqdim etməsini tələb ediblər.
“Rusiya və Çinlə İran ittifaqı... Bunlar Amerikanın bütün dünyada maraqlarını pozmaq üçün birlikdə çalışır. Onların məqsədi ABŞ iqtisadiyyatını zəiflətmək, əsas ittifaqları parçalamaq və totalitarizmin yeni dünya nizamını qurmaqdır”, - sənəddə deyilir.
Respublikaçılar Partiyasının rəsmiləri bildirirlər ki, ABŞ İkinci Dünya Müharibəsindən indiyə qədər hələ bu cür təhlükəli düşmənlər dəstəsi ilə üzləşməyib.
“AzPolitika.info”


Şərhlər