Rus ordusu Xerson vilayətində, Dnepr çayının sol sahilində yerləşən Krınki kəndində 153 zirehli texnika itirib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.
Məlumata görə, Krınkı kəndi cəmi 300 ukraynalı hərbçi tərəfindən müdafiə olunur. Hesablamalara görə, kəndin müdafiəsi zamanı Ukrayna əsgərləri aşağıdakı rus hərbi texnikalarını sıradan çıxarıb:
- 19 ədəd tank;
- 58 ədəd zirehli personal daşıyıcısı;
- 35 ədəd yük maşını;
- 12 ədə MLRS;
- 6 ədəd özüyeriyən artilleriya.
Qeyd olunur ki, Ukrayna kəndin müdafiəsi zamanı Rusiyadan beş dəfə az (31 zirehli texnika) texnika itirib.
“AzPolitika.info”


Şərhlər