Ermənistan hakimiyyətinin Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlı kontingentinin fəaliyyəti ilə bağlı açıqlamaları destruktiv xarakter daşıyır.
“Report”un məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
“Biz erməni siyasətçilərin Rusiya sülhməramlılarına qarşı ittihamlarını destruktiv hesab edirik və hesab edirik ki, bütün bunlarla faktların qəsdən təhrif edilməsinə cəhd göstərilir”, - o qeyd edib.
Onun sözlərinə görə, belə bəyanatlar ikitərəfli gündəliyin möhkəmlənməsinə, regional problemlərin həllinə töhfə vermir: “Bunun Ermənistanda və ya xaricdə kiməsə sərfəli olub-olmadığını bilmirəm. Bunu demək çətindir”.


Şərhlər