Menu

“Nizamsız güc tətbiq olundu” - Ərdoğandan Yəmənə hücuma reaksiya

12.01.2024, 15:48
“Nizamsız güc tətbiq olundu” - Ərdoğandan Yəmənə hücuma reaksiya

“Nizamsız güc tətbiq olundu”.

“AzPolitika.info” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün cümə namazından sonra verdiyi açıqlamada bildirib.

Ərdoğan ABŞ və Böyük Britaniyanın Yəməndə husilərə qarşı hərbi əməliyyatlarını pisləyib.

“Burada nizami bir hərəkət yoxdur. Nizamsız güc tətbiq edilib. İsrail də Fələstində belə edir. B. Britaniya ABŞ ilə birlikdə bu prosesdə eyni addımı atdı. İndi Qırmızı dənizi qan gölünə çevirməyə can atırlar”,-deyə Türkiyə lideri qeyd edib.

Ərdoğan əlavə edib ki, husilər ABŞ və B. Britaniyaya qarşı uğurla müdafiə olunur.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol