Menu

“Bu adama görə 3-cü Dünya Müharibəsinə girəcəyik” – Trampdan Baydenə ağır sözlər

12.01.2024, 19:13
“Bu adama görə 3-cü Dünya Müharibəsinə girəcəyik” – Trampdan Baydenə ağır sözlər

ABŞ-nin 45-ci Prezidenti Donald Tramp dünən gecə ABŞ və Böyük Britaniyanın Yəməndə husiləri bombalamasına görə Co Baydeni sərt şəkildə tənqid edib.

“AzPolitika.info” xəbər verir ki, sosial şəbəkə hesabından video yayımlayan Tramp, prezident seçiləcəyi təqdirdə bütün müharibələrə son qoyacağını açıqlayıb.

“Budur, Bayden tərəfindən başladılan başqa bir müharibə. Kimsə deyirdi ki, mən III Dünya Müharibəsinə səbəb olacağam. Bu dəli, Yəmənə qarşı F-22 təyyarələrindən və “Tomaqavk” raketlərdən istifadə edir. Niyə? Co Bayden sadəcə axmaqdır. Təkcə axmaq yox, səriştəsizdir də... O, açıq immiqrasiya siyasəti ilə bütün ölkəni məhv edən bir dəlidir. O, ABŞ-ı cəhənnəmə çevirən bir fəlakətdir. Bu adama görə heç bir səbəb olmadan 3-cü Dünya Müharibəsinə girəcəyik. Mən bir daha bütün müharibələri qısa müddətdə bitirəcəyimə söz verirəm”,-deyə Tramp bildirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol