Menu

ABŞ-Britaniya koalisiyası husilərə zərbələri davam etdirir – 60 hərbi oyket vurulub

13.01.2024, 12:31
ABŞ-Britaniya koalisiyası husilərə zərbələri davam etdirir – 60 hərbi oyket vurulub

ABŞ Yəməndə husilərin hədəfinə növbəti zərbəni endirib. Hədəf radar kompleksi olub.

"AzPolitika.info" husilərə məxsus “Əl-Masirah” telekanalının yaydığı məlumata istinadla xəbər verir ki, ölkənin paytaxtında partlayış səsləri eşidilib: yaxınlıqdakı Əl-Dailami aviabazasına hücum edilib.

Pentaqonun məlumatına görə, hərbçilər 28 obyektdə 60 hədəfi vurub. Bunlara radarlar, hava hücumundan müdafiə sistemləri, anbarlar, pilotsuz təyyarələr və raketlər üçün buraxılış məntəqələri daxildir. Husilər bildiriblər ki, 5 əsgər ölüb, daha 6 əsgər yaralanıb.

ABŞ Prezidenti Co Bayden husilər iqtisadi baxımdan həyati əhəmiyyət kəsb edən bölgədə ticarət və hərbi gəmilərə hücumlarını dayandırmasalar, zərbələrin davam edə biləcəyi barədə xəbərdarlıq edib. Jurnalistlərin "Husiləri terror qruplaşması adlandırmaq olarmı" sualına Bayden belə cavab verdi: "Mən belə düşünürəm". 2021-ci ilin fevralında Birləşmiş Ştatlar Husi qrupunu terrorçular siyahısından çıxardı və indi onlar onu geri qaytara bilərlər.

Husiləri dəstəkləyən İran, Qətər, Rusiya, Səudiyyə Ərəbistanı və Türkiyə ABŞ və İngiltərənin zərbələrini pisləyib. Husilərin özləri İsrailə və ya İsrailə gedən gəmilərə hücum etməyə davam edəcəklərini bildiriblər. Bundan əvvəl husilər HƏMAS qruplaşmasının tərəfində İsrailə qarşı müharibəyə qoşulduqlarını açıqlamışdılar.

Husilər Yəmənin şimal hissəsinə, o cümlədən dəniz sahillərinin bir hissəsinə nəzarət edirlər. Onların yaratdığı hökuməti Rusiya da daxil olmaqla dünya ölkələrinin böyük əksəriyyəti tanımır.

Son günlər Qırmızı dənizdə yük gəmiləri demək olar ki, hər gün atəşə tutulur. Eyni zamanda İsrailə aidiyyatı olmayan gəmilərə də hücum edilir. Atışma artıq Avropa və Asiya arasında əsas marşrutda beynəlxalq ticarəti dayandırıb.

Rasim

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol