2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Prezident seçkilərində ödənişsiz efir vaxtının bölgüsü məqsədilə yanvarın 15-də saat 14:00-da püşkatma keçiriləcək.
Bu barədə Mərkəzi Seçki Komissiyasından (MSK) bildirilib.
MSK-nın inzibati binasında keçiriləcək püşkatmanın məqsədi seçkiqabağı təviqat aparmaq üçün İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış ödənişsiz efir vaxtının qeydə alınmış namizədlər və namizədi qeydə alınmış siyasi partiyalar arasında bərabər şərtlərlə və bərabər həcmdə bölgüsüdür.


Şərhlər
OYUNLAR DAVAM EDİR.NƏ PÜŞKÜ?GUYA GÖRMÜR VƏ ANLAMIR Kİ,SİZİN DEDİKLƏRİNİZ
BOŞ.MƏNASIZ VƏ AÇIQ YALANLAR ÜZƏRİNDƏ QURULUB?SİZƏ İNANAN VAR?
Bu bölgü-filan artıq və lüzumsuz iş deyilmi?Belə məzmunsuz seşkidə,belə namizədçiklərin toplanmasınınhələ onların süni çıxışlarının televiziya reportajı kimə və nəyə xidmət edir.Onsuz da bütün xalq bu seşkinin nə olacağını.namizədlərin yanlış və mənasız olduğunu bildiyindən Sizin debat adlandırdığınız veriliş televiziyada gedən zaman hamı pult düyməsindən istifadə edib digər Rusiya.Türkiyə kanallarına çevirəcəklər.Guya Siz bunu bilmirsiniz? Onların süni çıxışları kimi marqlandırır və nə mənası var.Onsuz da bu gün Sizin seçkinizin nəticəsi hamıya bəllidir.