Menu

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 40 km/saat endirilib

13.01.2024, 22:43
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 40 km/saat endirilib

Hazırda müşahidə edilən küləkli və qarlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 40 km/saat endirilib.

Bu barədə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Eyni zamanda bütün məlumat sürət tablolarında “Güclü külək” və "sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən hava şəraitini nəzərə almaları və müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol