Menu

Bakı-Quba magistralında yük maşınları yolda qalıb - FOTO

14.01.2024, 16:15
Bakı-Quba magistralında yük maşınları yolda qalıb - FOTO

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi şosesinin Hacı Zeynalabdin Tağıyev küçəsindən keçən hissəsində ağırtonnajlı yük maşınları yolda qalıb.

“Report”un yerli bürosunun məlumatına görə, yolun buz bağlaması səbəbindən 30-a yaxın ağırtonnajlı nəqliyyat vasitəsi hərəkət edə bilməyib ki, bu da tıxacın yaranmasına gətirib çıxarıb.

Bildirək ki, yanvarın 13-ü gecə saatlarından yağan qar hələ də davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol