Menu

Avtomobil nəhəngi qapıya kilid vurur

29.11.2014, 21:08
Avtomobil nəhəngi qapıya kilid vurur

Almaniyanın avtomobil nəhəngi Opel, Bochum şəhərindəki zavodlarını bu ilin dekabr ayı sonuna doğru bağlayacağını açıqlayıb.

Almaniyanın avtomobil sənayesinin tanınmış markası Opel böhrana dözə bilmir. Opel-in Bochum zavodlarında işləyən təxminən 2 min 700 işçi üçün 12 dekabr Cümə günü son iş günü olacaq.

Şirkət Bochum şəhərindəki zavodlarını bu ilin Dekabr ayının sonuna doğru bağlayacağını açıqlayıb. 10 Oktyabr 1962-ci ildə Bochum şəhərində 678 min və 709 min kvadrat metrlik ərazidə qurulan Opel zavodlarında 20 minə yaxın işçi çalışırdı. Avropanın ən müasir zavodu olaraq göstərilən Opel, ildə 250 min avtomobil istehsalı ilə Bochum və Dortmund şəhərində yaşayanlar üçün məşğulluq təmin edirdi. Bochum və Dortmund şəhərlərində mədən ocaqların bağlanmasının ardından Opel zavodları çoxları üçün yeni bir ümid qapısı olmuşdu.

BİR İŞÇİYƏ 110 MİN AVRO TƏZMİNAT ÖDƏNİLƏCƏK

Qlobal böhranın təsirində həyat mübarizəsi verən Opelin 52 il sonra Bochum təsislərini bağlamaq qərarı hər kəsi sanki şok edib. İşdən çıxarılan hər işçiyə ödənəcək 110 min Avro təzminatın Opel-i 550 milyon Avro xərcə salacaq. Bochum zavodlarında Opelin Kadett, Rekord, Manta, daha sonra isə ailə avtomobili Zafira modelləri istehsal edilirdi.

Orta yaşı 50 olan Opel işçilərinin iş tapmaları şansı aşağıdır. Bochum və ətraf bölgələrdə geniş iş imkanları yoxdur. Bölgədə işsizlərin sayı da çoxdur.

Opel 2009-cu ildə iflasa düşməkdən xilas olmuşdu.

Opelin Almaniyanın Bochum xaric 3 şəhərində, Polşada, Macarıstanda, İngiltərədə, Avstryada və İspaniyada zavodları mövcuddur. /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol