Azərbaycanın Qarabağdakı möhtəşəm qələbəsi və öz ərazi bütövlüyünü tam bərpa etməsi tarixi hadisə olmaqla yanaşı, Ukrayna başda olmaqla, işğala məruz qalan bir çox ölkələr üçün örnəkdir.
“AzPolitika.info” xəbər verir ki, Ukrayna Prezident Ofisinin sabiq müşaviri, məşhur hərbi-siyasi ekspert Aleksey Arestoviç son çıxışında Azərbaycanın Qarabağla bağlı apardığı siyasət və əldə etdiyi uğurdan danışıb.
O, Ukraynanın Azərbaycandan nümunə götürməli və kiminsə sifarişilə davranmamalı olduğunu qeyd edib: “Öz maraqlarımızı qorumalıyıq. Ukrayna Qərbin, yaxud Rusiyanın maraqlarını yox, öz maraqlarını qorumalıdır. Əgər ciddi şəkildə öz maraqlarımızı düşünsəydik, biz Azərbaycanın yolu ilə getməli idik, nəinki “ağ cənab”ın xoşuna gəlməyə çalışardıq. İndi müqayisə edin, Azərbaycan öz müharibəsini necə aparır, biz necə aparırıq? Vəssalam! Budur nəticə”.
“AzPolitika.info”


Şərhlər
Tamamilə doğrudur.Eşq olsun Azərbaycan-Türkiyə birliynə, Liderlərin üzaqğörənliyinə.
Sən ukrayna ilə Azərbaycanı müqayisə etmə ukraynanı təlxəklər komediyanlar şoumenlər idarə edir odur ki məhvə məhkumdur Azərbaycanı isə əsl lider əsl prezdent idarə edir