Menu

Azərbaycan neftinin qiyməti enib

16.01.2024, 10:51
Azərbaycan neftinin qiyməti enib

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

 Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 1,04 dollar və ya 1,24% azalaraq 83 ABŞ dollarına enib.

Xatırladaq ki, Azərbaycanın 2024-cü ilin dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

“Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol