Argentinalı hücumçu, “İnter Mayami”nin futbolçusu Lionel Messi FIFA tərəfindən ilin ən yaxşı oyunçusu mükafatına layiq görülüb.
PSJ-nin fransalı hücumçusu Kilian Mbappe və “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Holand da bu kateqoriya üzrə finalçı olublar.
Xatırladaq ki, Messi 2023-cü ildə karyerasında səkkizinci dəfə “Qızıl top”u qazanıb. O, həmçinin ötən ildə ilin ən yaxşısı seçilib.
İngiltərənin “Mançester Siti” klubunun qapıçısı Ederson FİFA tərəfindən 2023-cü ilin ən yaxşı qapıçısı seçilib.

Braziliyalı futbolçu ilə yanaşı, ən yaxşı qapıçı adına ilk üç iddiaçı Tibo Kurtua (“Real Madrid”, Belçika) və Yasin Bono (“Sevilya”, “Əl-Hilal”, Mərakeş) olub.
Ederson bu mövsüm “Mançester Siti”nin heyətində 26 matçda iştirak edib, bu matçlarda 24 qol buraxıb və doqquz dəfə qapısını təmiz saxlayıb. O, klubu ilə 2023-cü ildə Çempionlar Liqası, Premyer Liqa və İngiltərə Kubokunu qazanıb. (championat.com)


Şərhlər