Menu

"Paytaxtda su hövzələri yaradılacaq" - Komitə sədri

16.01.2024, 11:04
"Paytaxtda su hövzələri yaradılacaq" - Komitə sədri

Bakıda neft sənayesinin çirkləndirdiyi ərazilər təmizlənəcək və ora yenidən həyat qayıdacaq.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.

"Paytaxtda su hövzələri yaradılacaq, şəhərin gələcək təmizliyi nəzərə alınacaq. Baş plana əsasən Bakının sənaye şəhəri deyil, insan yönümlü şəhər olmasına doğru addımlar atılacaq. Bakının inkişafı gələcəkdə dövlət və özəl sektorun birgə tərəfdaşlığı çərçivəsində davam edəcək", - deyə o qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol