Menu

Türkiyənin 28 vilayətində antiterror əməliyyatı - Xeyli sayda şübhəli şəxs tutuldu

16.01.2024, 15:34
Türkiyənin 28 vilayətində antiterror əməliyyatı - Xeyli sayda şübhəli şəxs tutuldu

Türkiyənin daxili işlər naziri Yerlikaya 28 vilayətdə Separatçı Terror Təşkilatına (BTÖ) qarşı eyni vaxtda həyata keçirilən “Qəhrəmanlar-43” əməliyyatının keçirildiyini və 165 şübhəlinin ələ keçirildiyini açıqlayıb.

“Əziz xalqımızın rahatlığı, sülhü və həmrəyliyi üçün heç bir terrorçuya dözməyəcəyik. Təhlükəsizlik güclərimizin üstün səyləri ilə mübarizəmizi fasiləsiz davam etdirəcəyik”, - deyə Yerlikaya açıqlamasında bildirib.

Qeyd edək ki, “Qəhrəmanlar-43” əməliyyatı Adana, Adıyaman, Ağrı, Ankara, Antalya, Batman, Balıkesir, Denizli, Diyarbakır, Qaziantep, Hakkari, Hatay, Iğdır, İstanbul, İzmir, Qars, Kilis, Kocaeli, Manisa, Mardin, Mersin, Muğla, Osmaniye, Rize, Siirt, Şırnak, Tekirdağ və Vanda keçirilib.(Haber Global)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol