Menu

Mikro sahibkarların gəliri ən azı 15 faiz azalacaq - FOTO

16.01.2024, 17:27
Mikro sahibkarların gəliri ən azı 15 faiz azalacaq - FOTO

“Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvarın 1-nə Azərbaycanda mikro sahibkar statusuna malik olan 335,3 min fərdi sahibkar mövcud idi”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə iqtisadçı Toğrul Maşallı bildirib.

“Təqdim edilən məlumatlardan məlum olur ki, onların aylıq gəliri təxmini 2,5 min manat təşkil edir”, - o əlavə edib.

Ekskpertin sözlərinə görə, doğrudur, burada kifayət qədər sadələşdirilmiş vergi sistemi üzrə çalışanlar da var, onların sırasında taksi sürücüləri, bərbərlər, satıcılar və s. göstərmək olar: “Amma təxmin edək ki, gəlir vergisi ilə çalışanlarda vəziyyət ciddi olaraq fərqlənmir. Reallıqda təxmin edirəm ki, gəlirləri daha da aşağıdır”.

T. Maşallı təqdim etdiyi cədvəldə Vergi Məcəlləsinə edilən dəyişikliklərin təxmini rəqəmlər əsasında siravi fərdi mikro sahibkarların necə təsir edəcəyini göstərib.

“Yəni gəlir artmadığı şəraitdə, qazanc qazanc ən azı 15% azalacaq. Ölkə iqtisadiyyatı staqnasiyada olduğu halda gəlir necə arta bilər” - deyə, ekspert vurğulayıb.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol