“Biz Azərbaycan və Ermənistan rəhbərliyi ilə sıx təmasda olmuşuq, hər iki ölkənin suverenliyini, ərazi bütövlüyünü dəstəklədiyimizi deməkdən və problemlərin müstəsna olaraq sülh yolu ilə həllinin vacibliyini təkrarlamaqdan yorulmamışıq. Rabitə kanallarımız açıq qalır”.
“AzPolitika.info” xəbər verir ki, bunu erməni mediasına açıqlamasında Avropa İttifaqı (Aİ) Xarici İşlər Nazirliyinin rəsmisi Peter Stano bildirib.
“Aİ hər iki ölkənin ərazi bütövlüyünün pozulmasının qəbuledilməz olduğu və münasibətlərimiz üçün ciddi nəticələr verəcəyi barədə aydın mesaj vermək üçün bütün imkanlardan istifadə edir. Biz bu mövqedə sabit qalırıq”, - o qeyd edib.
Peter Stano əlavə edib ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Ali Nümayəndə Cozep Borrel və Aİ-nin xüsusi nümayəndəsi Toivo Klaar Ermənistan və Azərbaycan arasında sabit və davamlı sülhün bərqərar olması prosesində iştiraklarını davam etdirirlər.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər