Menu

MSK sədri beynəlxalq müşahidəçiləri azad olunmuş ərazilərdə seçkiləri izləməyə çağırıb

17.01.2024, 11:17
MSK sədri beynəlxalq müşahidəçiləri azad olunmuş ərazilərdə seçkiləri izləməyə çağırıb

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov beynəlxalq müşahidəçilər azad olunmuş ərazilərdə seçkiləri izləməyə çağırıb.

"Report"un məlumatına görə, o deyib ki, seçkilərdə düzgün müşahidəçilik beynəlxalq müşahidəçilərin əsas missiyasıdır.

"Əgər beynəlxalq müşahidəçilər azad olunmuş ərazilərə getmirlərsə, bunu fəaliyyətimizə biganəlik kimi qiymətləndiririk. Onlar bütün ölkə ərazisində, o cümlədən azad olunmuş ərazilərdə seçkiləri müşahidə etməlidirlər", - MSK sədri vurğulayıb.

Şərhlər

MSK-ya 2024-01-17 14:05:36

MSK nə qədər fiksiya ilə məşğul olacaq? Azad olunmuş ərazilərə köçürülmüş 50-60 nəfət otada pasport qeydiyyarına alınıblat ki.hələ orada səs vermə rəşkil olunur.O ərazilərə köçürüləmlər qeydiyyarda olduqıarı ünvana fəlməli və orada səs verməlidirlər.Onların gəlişinin təşkili isə başqa məsələdir.Müşahidəçiləri oralara daşımaq osə müşahidəçilərə əsl məhdudiyyət yaratmaq kimi anlaşılmalıdır.Çünki həmin ərazilədə qeydiyyat keçitilçəyib.məhdud sayda insanlar var ki, onlar da seçkidə yalnız qeydiyyatda olduqları adreslərdə səs cerməlidirlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol