Menu

Almaniyadan Ukraynaya böyük hərbi yardım paketi – Şolz 7 milyard avro söz verib

17.01.2024, 15:43
Almaniyadan Ukraynaya böyük hərbi yardım paketi – Şolz 7 milyard avro söz verib

Almaniya 2024-cü ildə Ukraynaya 7 milyard avro məbləğində hərbi yardım göstərəcək.

“AzPolitika.info” Qərb mediasına istinadla xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolz ABŞ Prezidenti Co Baydenlə ötən gecə baş tutan telefon danışığından sonra bildirib.

Hər iki lider Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukraynanı dəstəkləməyə sadiq olduqlarını bildiriblər.

Fevralın 1-də Avropa İttifaqının sammitində Avropa liderlərinin Kiyevə yardımın formaları və həcmini müzakirə edəcəyi gözlənilir.

“Politico” dərgisi yazır ki, avropalı siyasətçilər Macarıstanın Baş naziri Viktor Orbanın bu məsələ ilə bağlı mövqeyinə yenidən baxacağını istisna etmirlər. Çünki Brüssel Budapeştə bir sıra güzəştlər vəd edib. Xatırladaq ki, Macarıstan Aİ-nin Ukraynaya hərbi yardımının qarşısını alacağını bəyan edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol