Menu

Mikayıl Cabbarov "TikTok"un vitse-prezidenti ilə görüşüb

17.01.2024, 17:02
Mikayıl Cabbarov "TikTok"un vitse-prezidenti ilə görüşüb

Azərbaycan "TikTok" şirkəti ilə əməkdaşlıq imkanlarını müzakirə edib.

“APA-Economics” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, Davos İqtisadi Forumu çərçivəsində "TikTok" şirkətinin vitse-prezidenti Helena Lerş (Helena Lersch) ilə görüşüb: "Görüşdə Azərbaycanda startap ekosisteminin inkişafı istiqamətində görülən işlər, "TikTok Startap Akademiyası"nın fəaliyyəti, sosial platformaların biznesin potensialının təqdim edilməsi üçün əhəmiyyəti və əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb".

Şərhlər

Emin 2024-01-17 19:25:44

Elə Mikayıl da TİK-Tok-dur da!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol