SƏLİM MÜSLÜMOV ŞƏRTİ CƏZA İLƏ CANINI QURTARDI - Əmlakları müsadirə olunacaq...

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova hökm oxunub, ona 5 il şərti həbs cəzası verilib.

“Report” xəbər verir ki, qərar Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə elan olunub.

Eyni zamanda onun əmlaklarının müsadirə edilməsinə qərar verilib.

Prokuror S.Müslümov barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiqi olunmasını, 5 il sınaq müddəti olmaqla 13 il şərti həbs cəzası verilməsini istəmişdi.

Qeyd edək ki, Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Daha sonra onun səhhətində yaranan problemlərlə bağlı ev dustaqlığına buraxılıb.

O, rüşvət alma yolu ilə 13.296.355 manat, mənimsəmə yolu ilə 7.237.188 manat, israf edilmiş yolla 7.087.671 manat ziyan vurduğu üzə çıxıb. Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Səbail rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən sabiq nazirə məxsus mənzil, qeyri yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub.

635x100

Şərhlər

Tahir 2024-01-25 18:22:02

Səlim birinci dəfə bir az oğurladı, tutuldu, çıxdı, Nazir oldu. Hər şeyi anladı.... İkinci dəfə var gücü ilə BABAT oğurladı, tutuldu, aç-burax elədilər... İndi gözləyək görək bu dəfə hansı vəzifəni verəcəklər..

dadaşyev 2024-01-24 01:15:08

No comment! Vallah, hərdən adama elə gəlir ki, o dünyada cənnət üçün seçilmiş adamlar bu gün başlarına Allahın var-dövləti sel kimi yağdırdığı vicdansız adamlardı ki, hətta yetim malı yediklərinə baxmayaraq cəzalandırılmaq yazısı da yazmayıb onlara. Cənnət üçün seçilməyən bədbəxtlər isə bu dünyadaca səfil,rəzil,miskin qul kimi yaşayanlardı ki,qəlblərinə ilahi xof doldurularaq cənnət üçün seçildikləriylə aldadılıblar.Elə isə bu dünyada ağıllı kimlər olmuş olur?Vicdanlılar,yoxsa vicdansızlar?

Mustafaoğlu 2024-01-21 21:57:21

Dövlət əmlakını talan edənlərə qarşı heç bir güzəşt nəzərdə tutulmamalıdır, çünki görülmüş ciddi tədbirlərdən nazirlər və icra başçıları özləri üçün nəticə çıxartmalı və dövlətinə və xalqına ləyaqətlə xidmət etməlidirlər. Əksinə təyin olunan nazirlər və icra başçıları öz xidmətləri ilə xalqına sədaqətlə xidmət edərək cənab Prezidentin etimadını doğrultmaq əvəzinə, sosial narazılıqları artırmağa çalışırlar. Onlardan biri Rəqəmsal İnkişaf və Nəqliyta naziri rəşad Nəbiyevdir. Nazir təyin olunduğu gündən saysız hesabsız müraciətlər etməyimə baxmayaraq onun qəbuluna düşə bilmədim. O, özünü kiçik padşah hesab edir !

Roma 2024-01-18 13:07:04

"5 il sınaq müddəti olmaqla 13 il şərti həbs cəzası"...şərti cəza olar bir neçə ay, və ya 1 il, uzağı 2 il, ta insan ömrünün filan qədəri yox da...Bu mənə, "Qafqaz əsiri" filmində QORXAQ (Trus) rolundakı Vitsini xatırlatdı..."Yaşasın bizim məhkəmə, dünyanın ən humanist məhkəməsi...URAAA"...

Vətəndaş 2024-01-18 10:29:02

TALANÇI BANDANIN HEÇ BİR ÜZVÜ CƏZALANMAYACAQ, ÇÜNKİ TƏK YEMƏYİBLƏR. BU DA İZ İTİRMƏK ÜÇÜN BİR TAMAŞADIR.

Mahir 2024-01-18 10:10:21

Telefon oğrusuna daha ağır cəza verirlər... Çiçəklənirik, bir azdan hələ gül də açacayıq...

Roma 2024-01-18 09:51:40

Səlim nazir təyin olunanda müşavirədə HƏEK-nın baş həkimlərini bir-bir qaldırıb zaldan qovurdu, qoca-cavan bilmirdi, biz də fikirləşdik ki, bu adam yaxın müddətdə bu sahəni düzəldəcək, sən demə o zaldan qovduqlarının hərəsindən 30-50 min alıb, dostu və aparat rəhbəri, şair publisist Əjdər Olun (Cəbiyev) maklerliyi-dilerliyi vasitəsilə yerlərinə qaytarırdı. Bundan başqa tabeliyindəki idarə və qürumlarda apardığı yoxlamalardan, tikintilərdən, vəzifə təyinatlarından və sü. və i...Səlim vaxtilə Xalq Təsərrüfatı (indiki İqtisad) institutunun yataqxanasında qalırdı, yəqin ki, imkanı "YAXŞI" olduğundan...necə deyərlər aftafa görməyənin səsi xorultulu çıxar..."Adamsan da, incidərlər adamı, o dünyadan haraylama atanı..."

TT 2024-01-18 05:24:56

Derdeee

İsmayıl 2024-01-17 20:18:28

Gurultulu alqişlar!

Rasim Quliyev 2024-01-17 19:53:12

Nece bir dovletde yashayiriq memur ahil adamlarin pensiyasini ograyir.iller boyu ezab eziyyet qocaliga pensiya yig.Hansisa memur gelsin ogurlasin pensiyavi o da cixsin serti cezaya bes o qocalarin haqqini kim odeyecek?Cenab hakim yoxsa qanun yalniz kasiblar ucundur??

Zaur 2024-01-17 19:27:56

Bəs qısa müddərdə Samvel Babayan nə qədər zərər vurub?Bunu üzə çıxaran var?

Mubariz 2024-01-17 18:31:55

Ədalət buna deyirlər ? Çap-tala kefini sür .Düz edirsiz ,bu millətə bu da azdır .Jirinovski sən lənətlənmiş cəsədsən , Allah sənə rəhmət eləsin ,Sözün bitdiyi yer ,Azərbaycan

Son yazılar