Menu

Deputat Milli Məclisdə təhsillə bağlı dinləmə keçirilməsini təklif edir

18.01.2024, 09:57
Deputat Milli Məclisdə təhsillə bağlı dinləmə keçirilməsini təklif edir

"Valideynlər dərs proqramlarının ağırlığı ilə bağlı müraciət etsələr də, cavabını tapa bilmirlər. Xüsusilə də bu problem I və II siniflərə aiddir. Bu məsələyə baxan yoxdur. Bu nə qədər belə olacaq?!"

"Report" xəbər verir ki, bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Rauf Əliyev deyib.

"Valideynlər şikayət edirlər ki, işdən gəlirlər, uşaqlarla birgə dərs hazırlayırlar. Bu, məsələ öz həllini tapmalıdır. Təklif edirəm ki, parlamentin Elm və təhsil komitəsi ilə birgə dinləmə keçirək və görək ki, bu problemin kökü haradadır".

Şərhlər

Vətəndaş 2024-01-18 11:51:39

Mili Məclis boş və nəticəsiz söhbətlər evin çevrilib.Bu 20-30 ildə Milli məclisdə nəsə milləti düşündürən,narahat edən hansısa məsələ müzakirə olunub.sona çatdırılıb? MM əslində Prezident aparatından gondərilən qadağa,cərimə qərarlarını formal müzakirəyə çıxarıb təsdiqləməklə məşğuldur.ona görə MM adını dəyişib Anti Milli məclis adı qoyulmalıdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol