“Xankəndini tam məskunlaşdırmaq olarmı? Bəziləri deyir ki, bu risklidir. Çünki bu halda Qarabağın keçmiş erməni sakinləri beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı mülkiyyət davaları açacaq və təzminat tələb edəcəklər”.
Bu barədə politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, Qarabağı tərk edən erməniləri geri qayıtmaq və Azərbaycan vətəndaşlığını qəbul etmək istəmirlər: "İndi biz nə etməliyik, Xankəndi şəhərindəki evləri daha nə qədər boş saxlamalıyıq?"
Politoloq tklif edir ki, Qarabağı tərk edən ermənilərə 6 ay da vaxt verək: "Gəlməcəyəkləri halda Azərbaycan vətəndaşlığından və beləcə mülkiyyət hüququndan məhrum ediləcəklərini bildirək”.
E.Şahinoğlu söyləyib ki, ermənilərin Qarabağa qayıtmasını rəsmi İrəvan da istəmir: “Ermənilərin Qarabağa qayıtmaq fikirləri yoxdur. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan da istəmir. O, 17 yanvarda parlamentdəki çıxışı zamanı deyib ki, Ermənistanda Qarabağ erməniləri üçün evlərin tikintisi proqramı qəbul olunacaq. Bununla da məsələ bitib”.

Şərhlər
Ermənistan Ermənistandan qovduqları Azərbaycanlılara təzminat ödəyib? Biz niyə ödəməlitik?
Bes 300 000 yerinden didergin salinan Qerbi Azerbaycan turkerinin haqqini kim verecek ..Madam ki Pasilyok istemir haylar Qarabaga qayitsin onda Xankendiki evler de avtomatik oradan gelen adamlara ve yaxud sehid ailelerine , qazilere verilsin bu daha edaletli qerar olar...
Ermənilərin Xankəndinə qayıtması Azərbaycanda potensial düşmənçiliyin davamı olacaq.Azad olunmuş boş mənzillərə Ermnistandan qovulmuş Azərbaycanlıları yerləşdirmək ən düzgün addımdır.Bu Ermənistanda da müsbət qarşılanar Çünki Ermənistan Azərbaycanlıların tərk etmiş
olduqları evləri 32 ildir boş saxlamayıblar.
Əmlak məsələsinin problemi indikindən də çox böyüyə bilər.Ermənistanda onlara evlərin tikilməsi və müxtəlif pul kompensasiylarının alınması gələcəkdə çox böyük maddi təzminat tələbinə səbəb ola bilər, baxmayaraq ki, birinci Qarabağ müharibəsində biz heç bir təzminat almadıq. Odur ən məqbul yol, əvvəllər əmlak sahibi olmuşlara rəsmi şəkildə müvafiq təzminat ödəmək ilə bu məsələni bir dəfəlik bitirməkdir.