Menu

“Amerikalıların həyatını itirmədən Rusiya silahlarının 50 faizini məhv etmisiniz” - Devid Kemeron

18.01.2024, 13:26
“Amerikalıların həyatını itirmədən Rusiya silahlarının 50 faizini məhv etmisiniz” -  Devid Kemeron

“Vladimir Putinə göstərmək lazımdır ki, Qərb yorulmur və onu üstələmək olmaz”.

“AzPolitika.info” xəbər verir ki, bunu Böyük Britaniyanın Xarici İşlər naziri Devid Kemeron Davosdakı çıxışı zamanı deyib.

O, xatırladıb ki, Ukraynanın tərəfdaşlarının iqtisadi potensialı işğalçı ölkənin iqtisadiyyatından 25 dəfə çoxdur. Kemeronun fikrincə, bu resurslardan düzgün istifadə etmək çox vacibdir ki, bu da savaşı məntiqli şəkildə yekunlaşdırmağa imkan verəcək: "Mən artıq amerikalı həmkarlarıma demişəm: siz müdafiə büdcəsinin 10%-ni xərcləmisiniz, bu da amerikalıların həyatını itirmədən Rusiya silahlarının 50%-ni məhv etməyə imkan verdi. Bu, sadəcə olaraq əla nəticədir".

Böyük Britaniyanın XİN başçısı qeyd edib ki, Ukraynadakı müharibə bütün müasir sivilizasiya üçün sınaq çağırışıdır.

Xatırladaq ki, bundan öncə Böyük Britaniyanın Baş naziri Rişi Sunak Kiyevə səfər edərək, Ukrayna ilə təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb. Ukrayna mətbuatının yazdığına görə, saziş Ukrayna NATO-ya daxil olana qədər qüvvədə olacaq.

Onu da qeyd edək ki, Devid Kemeronun amerikalıların həyatını itirmədən Rusiya silahlarının 50%-ni məhv edilməsini əla nəticə kimi  təqdim etməsi Qərb üçün bu müharibədə həyatını itirən 10 minlərlə ukraynalının heç bir dəyəri olmadığını göstərir. 

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol