“İndiyədək 12 mini uşaq olmaqla 160 minə yaxın günahsız mülki şəxs şəhid olub. Eyni ailəyə mənsub onlarla insan öldürülüb. Xəstəxanalarımız elə hədəfə alınıb ki, yaralılarımıza belə kömək edə bilmirik".
“Dawn” xəbər verir ki, bunu Qəzzadakı son vəziyyəti media ilə bölüşmək üçün Kəraçi Mətbuat Klubuna səfəri zamanı Həmas lideri Naci Zahir deyib: "Qəzza zolağı tamamilə xarabalığa çevrilib. İsrail Qəzzada ağ fosfordan istifadə edir. Bu maddə beynəlxalq səviyyədə qadağandır, lakin israillilər qanundan üstün olduqlarını düşündükləri üçün bizə qarşı istifadə olunur. Onlar bizim ədalətli tələblərimizi eşitmək istəmirlər. Hətta beynəlxalq humanitar təşkilatların, o cümlədən bəzi Pakistan təşkilatlarının bizə kömək etməsinə icazə vermirlər".
HƏMAS-ın İsrailə niyə hücum etdiyini soruşduqda, “biz onlara deyirik ki, bizim haqqımızı tapdalayanlara qarşı durmuşuq. Bizim də azadlığa ehtiyacımız var. Artıq 45 ildən çoxdur ki, İsraildə məhbus saxlanılan minlərlə fələstinli var”, - deyə cavab verib.
Naci Zahir həmçinin deyib: “İndi İsrail Məscidül-Əqsaya göz dikib. Fələstinlilər Əl-Əqsanı xilas etməyə çalışır. Onu canları ilə qoruyub saxlayıblar. Məscidi qoruyarkən bir fələstinli şəhid olanda, digərləri də eyni şeyi etmək üçün yerini alır. Bu cür cəsarət və şücaət də İsrailə ziyan vurur".
AzPolitika.info


Şərhlər