İran-İraq sərhədindən ABŞ-nin “MQ-9 Reaper” pilotsuz uçuş aparatı (PUA) vurulub.

“AzPolitika.info” xəbər verir ki, məhv edilən PUA-nın görüntüləri sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, ABŞ ordusu PUA-nın qalıqlarını çıxarmaq üçün bölgəyə gedib.

Qeyd edək ki, “MQ-9 Reaper” dünyanın ən yüksək göstəricilərinə malik PUA-larından biridir. PUA saatda 250 knot sürət yığaraq, 40000 feet hündürlüyə çıxa bilir. “MQ-9 Reaper”-in uçuş müddəti isə 20 saat təşkil edir. PUA 1,5 tona qədər hərbi sursat daşıya bilir. Sözügedən PUA-dan hal-hazırda cəmi 104 ədəd mövcuddur. ABŞ-la yanaşı, Böyük Britaniya, İtaliya, Fransa və Niderland orduları da bu PUA-ya sahibdirlər. PUA-nın uçuşunun bir saatı 3 min 500 dollara başa gəlir. Müqayisə üçün "F-16" qırıcısının bir saatlıq uçuşunun qiyməti 8 min dollara yaxındır. PUA-nın dəyəri isə təxminən 30 milyon dollardır.

PUA-nın texniki xüsusiyyətlərini təqdim edirik:

- Uzunluq: 11 metr;

- Hündürlük: 3,81 metr;

- Qanad eni: 20 metr;

- Boş ağırlığı: 2,223 kiloqram;

- Maksimum yükgötürmə qabiliyyəti: 4,760 kiloqram;

- Yanacaq həcmi: 1,800 kilogram;

- Maksimum sürət: 482 km/saat;

- Mənzil: 1,852 kilometr;

- Havada qalma müddəti: 14 saat (tam yüklü vəziyətdə);

- Əməliyyat hündürlüyü:7500 metr.

“AzPolitika.info”