Menu

“HƏR KÖÇÜRMƏDƏ PULUMUZU TUTURLAR” – Vətəndaş “Azəriqaz”-dan narazıdır

19.01.2024, 12:54
“HƏR KÖÇÜRMƏDƏ PULUMUZU TUTURLAR” – Vətəndaş “Azəriqaz”-dan narazıdır

“Qanunsuz şəkildə əlavə sərfiyyat yazıldığı üçün “Azəriqaz”-a borcumuz yaranıb. Hər dəfə qaz kartına pul köçürəndə 1-2 manat pulumuzu tuturlar”.

Bunu Yasamal rayonu, Dadaş Bünyadzadə 232 ünvanında yaşayan paytaxt sakini Məmmədov Rəfail Cəmil oğlu “AzPolitika.info”-ya etdiyi müraciətdə bildirib.

Şikayətçi qaz sayğacı dəyişilən gündən mövcud problemlə üzləşdiyini deyir:“Əvvəllər yaşadığımız binada mexaniki sayğacdan istifadə edirdik. 2022-ci ilin mart ayında köhnə sayğaclar yeni “smart” tipli qaz sayğacları ilə əvəz olundu. Elə həmin gündən də sözügedən problem ortaya çıxdı. Bu zaman bizə qanunsuz olaraq 220 kubmetr (22 manat) borc yazıldı. Hər dəfə bu borcun qarşılığında 1-2 manat vəsait çıxılır. Məsələn, ötən ay qaz kartına 20 manat yüklədiyimiz halda, balansa 19 manatı köçüb”.

R. Məmmədov mövcud problemin 2024-cü ildə də davam etdiyini bildirir. Şikayətçi həmçinin qeyd edir ki, o, məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinə müraciət etsə də, qurumdan heç bir cavab ala bilməyib. 

R. Məmmədov “Azəriqaz” tərəfindən mövcud problemin araşdırılaraq, qısa zaman ərzində həll edilməsini xahiş edir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol