Menu

Başqırdıstanda hökumət əleyhinə etirazlar davam edir - VİDEO

19.01.2024, 13:23
Başqırdıstanda hökumət əleyhinə etirazlar davam edir - VİDEO

Rusiyanın Başqırdıstan Respublikasında hökumətə qarşı keçirilən etiraz aksiyası bu səhər də davam edib.

"AzPolitika.info" xəbər verir ki, Baymak şəhərində baş tutan aksiyada vətəndaşlar başqırd fəal Fail Alsınovun qanunsuz həbsinə etiraz edirlər.

Məlumata görə, bu günkü etiraz aksiyasında 2 minə yaxın insan iştirak edib. Aksiya zamanı ərazidə olan Omon qüvvələri xeyli sayda fəalı tutaraq oradan uzaqlaşdırıb. Etirazçılar saxlanılanların daşındığı avtobusun qarşısını kəsməyə çalışıblar. Bu zaman tərəflər arasında qarşıdurma yaşanıb.

Qeyd edək ki, Fail Alsınov Rusiyanın Ukraynadakı işğalına qarşı çıxdığına görə həbs edilib. Qeyd olunur ki, məhkəmə Alsınovu ekstremizm yaymaq ittihamı ilə 4 il müddətinə azadlıqdan məhrum edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol