SON ON İLDƏ 163 MİN NƏFƏR BOŞANIB – Psixoloq əsas səbəbləri açıqladı

Son illər Azərbaycan cəmiyyətində boşanmaların sayı sürətlə artır. Aparılan təhlillərə görə, ailə bağlarının qopmasının əsas səbəbi kimi, tərəflər arasında sevgi və qarşılıqlı anlaşmanın olmaması, insanların fərqli maraq və düşüncələrə malik olması, xəyanət, maddi problemlər, ailədə inamsızlıq, kənar şəxslərin (valideynlər, yaxın qohum-əqrəba) ailəyə etdiyi müdaxilələr göstərilir.

Dövlət Statistka Komitəsinin (DSK) məlumatına görə, 2023-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda 19 min 761 boşanma faktı qeydə alınıb. Məlumata görə, boşananların sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 31,3 % artıb. Bundan əlavə, qeyd olunur ki, ötən ilin on bir ayında 49 min 549 nikah bağlanıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,5% və ya 7 min 484 nikah azdır.

“2022-ci ilin eyni dövrü ilə müqayisədə 2023-cü ilin on bir ayında əhalinin hər 1000 nəfərinə görə nikahların sayı azalaraq 6,2-dən 5,3-ə düşüb. Boşanmaların sayı isə 1,6-dan 2,1-ə qədər artıb”,-deyə statistik məlumatda bildirilir.

Qeyd edək ki, Azərbaycanda boşanmaların sayındakı bu artım yeni bir hal deyil. Hər il əvvəlki illə müqayisədə boşanmların sayında artım olur. Lakin maraqlıdır ki, son illər bu artım tendensiyası daha da sürətlənib və nəzarətdən çıxıb. Rəsmi statistik məlumatlar da bunu təsdiqləyir. Məsələn, 2010-cu ildə boşanan şəxsəlrin rəsmi sayı 9061 nəfər idisə, 2023-cü ildə bu say 20 minə yaxındır. Yəni, son 10 il ərzində boşananların sayında 2 dəfədən çox artım baş verib. Başqa bir statistik məlumata görə, 2013-2023-cü illər ərzində ümumilikdə 163 min boşanma faktı qeyd alınıb.

Bu mövzuyla bağlı psixoloq Gülər Məmmədova “AzPolitika.info”-ya şərhində bildirib ki, ailələr əslində kiçik bir dövləti təmsil edirlər.

Psixoloq eyd edir ki, ailə hər iki tərəfin birgə yaşayışı deməkdir və əgər bu birlikdəlik valideynlərin təkidi ilə məcbur olmayıbsa, həmin ailələr daha möhkəm olurlar: “Bu gün insanların psixologiyasında qəribə bir anlaşmazlıq yaşanır. İndi sanki insanlar təkliyə daha çox meyl edirlər. Bəzən “özünə inam”, “güvən” kimi terminlər bu həyatda baş verən qeyri-müəyyənliyi görən insanları çaşdırır.

İnsanlar hesab edirlər ki, “Özümə güvənirəmsə, tək də yaşaya bilərəm”. İnsanlar artıq məsuliyyət daşımadan, azad olmaq, kiminsə “hakimiyyəti” altımda qalmaq istəmirlər. Kişi bəzən ailədə aldığı tərbiyədən dolayı qadını sıxmağa başlayır. Qarşı tərəf isə daha sərbəst, azad yaşamaq istəyir. Bütün bunlar ailədə müəyyən fikir ayrılıqlarına səbəb olur. Təbiidir ki, insanlar maraqlarından uzaq qalmaq istəmirlər. Bəzə də tərəflər ailəyə kənardan olunan müdaxilələrdən bezirlər. Belə olan halda da ailələr dağılır”.

Psixoloqun sözlərinə görə, ailənin təməlinin sağlam olması üçün hər iki tərəf bu prosesə əvvəlcədən hazırlıqlı olmalıdır:“Bu gün genetik, nevroloji aspektdən hər kəs sağlamdırmı? Sanki ailə qurduqdan sonra hərkəsin problemli tərəfləri ortaya çıxmağa başlayır. Nəticədə ailədə fiziik və psixoloji şiddət baş verir və ya uşaq dünyaya gəldikdən sonra tərəflər arasında sevgi azalır. Bu da zamanla xəyanət faktorunun formalaşmasına gətirib çıxarır. Bütün bu qeyd olunanlar keçmişdə qəbul olunur, müəyyən yolla öz həllini tapırdı. İndi kiçik bir səbəbə görə, ailələr dağılır. Yalnız güclü ailələr çətin situasiyalarda doğru qərar verərək, müəyyən səhvləri korreksiya etməyi bacarır. Burada təcrübədən çox, ailə tərbiyəsi mühüm rol oyanayır. Gərək insan hər bir xırda detalda qarşı tərəfi həyatından silməsin. Çünki biz insanıq, müəyyən səhvlərə yol verə bilərik. O insanın hansı psixoloji durumda belə bir qərar verdiyini nəzərə almalıyıq. Ailənin möhkəmliyi üçün hər iki tərəfin təfəkkürü sağlam olmalıdır”.

E. Bəyməmmədli

“AzPolitika.info”

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusunda hazırlanmışdır.

635x100

Şərhlər

Vətəndaş 2024-01-27 14:46:05

Bu ciddi msələ dövlətin yadına düşmür.Ailələrin stabilliyi üçün Azərbaycanda dövlət fəaliyyərsizdir.Şexoyada yeni evlənənlərə dövlər mənzoı bağışlatır.Bəs bizdə?İnsanlar yaşam yeri əldə ütmək üçün 30-35 il maaşklarından qənaət etməklə buna nail olur.Hələ ipotek borcu ilə.Ona görə bizdə evlənmə yaşı yuxarı ,ailədə uşaqların sayı az və boşanmaların sayı yüksək olur.Buna dövlətin ciddi nəzatəti və yardımı olmalıdır.

Fəzail Qurbanov 2024-01-20 12:11:20

Boşanmaların əsl səbəbi insanların oisizlik və az maaş səbəbilə maddi durumlarının ağırlığı,ölkədə ayrıseçkilik ,yaşam çətinliyi və polis özbaşınalığının nəticələrdir.

Milli balta 2024-01-19 22:42:56

çox kasad yazıdır, analiz yox, təhlil yox, hətta təsvir belə yox. sadəcə faktların konstatasiyası. heyof o pula ki, bu cür cızma qaraya xərclənir

Yetmalı 2024-01-19 21:17:00

Bu psixoloq özünün həkimə ehtiyacı var!Boşanmaların əsas səbəbi işsizlik və evsizlikdir!

Watchman 2024-01-19 20:26:13

Nə qədər ki, qanunlar qadınların hüquqlarını qoruyur, iş yerləri qadınlara verilir, boşanmaların sayı artacaq. Dövlət də bunda maraqlıdır, hay-küy isə yalandan qaldırılır.

EBəyməmmədli-yə 2024-01-19 19:32:59

Əsıində ön və əsas səbəblər maddi imkanların olmaması (işsizlik,az əmək haqq,dolanma çətinliyi) və cəmiyyətdə baş verən harınlamışların harın həyat tərzi və məna və məzmundan uzaq,intelektsiz televiziya və mətbuatdır.

Vahid 2024-01-19 19:20:36

Küreselleşme dediyimiz dünyaya ifrat açılım aile sistemimize menfi tesir gösterir.Tek yaşamaq filmlerde tebliğ olunur.Sosial medyadan yanlış istifade ailelerin dağılmasına sebeb olur.Dövlet müeyyen mehdudiyyetler qoyması lazımdır.

Asif 2024-01-19 18:43:23

Sebeb istismar ve istismar maaslaridir.insanlar ailesinin uzunu gore nilmir gen aileler illernen ev sahini ola bilmir dolana bilmir ustelik.aile institutunun temelii mumkun deyil hamsi aile yasaya biler bele.bos bos danisirlar

Rasim Quliyev 2024-01-19 18:10:11

Boshanmagin esas sebebi maddiyyatdir TikTokda pullu parali qizlar gosterilir.Camaatda deyir neyime lazimdir ev aile gedib mende kef edim

Son yazılar