Menu

“Yeni dövrə də İlham Əliyevlə başlayaq!" - "Polisə Dəstək" İB bəyanat verdi

20.01.2024, 11:48
“Yeni dövrə də İlham Əliyevlə başlayaq!" - "Polisə Dəstək" İB bəyanat verdi

"Polisə Dəstək” İctimai Birliyinin növbəti yığıncağı keçirilib.

Təşkilatdan "Azpolitika.info"ya verilən məlumata görə toplantıda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı müzakirələr aparılıb. Təşkilatın sədri, birinci Qarabağ müharibəsinin veteran komandiri Şəmsəddin Əliyev çıxışında işğaldan azad olunmuş bölgələrdə həyata keçirilən genişmiqyaslı dövlət proqramlarının əhəmiyyətindən danışıb.

Daha sonra qeyd edib ki, 7 fevralda keçiriləcək prezident seçkiləri Azərbaycanda yeni dövürün başlanğıcıdır.

"Yeni dövrün hədəflərinə doğru Azərbaycan xalqının vahidliyini təcəssüm etdirən İlham Əliyevlə birgə getmək tarixin və zamanın diktəsi olaraq zərurətə çevrilir" - tədbirdə qeyd olunub.

“Polisə Dəstək” İctimai Brliyi bəyan edib ki, 2024-cü ilin 7 fevral tarixində keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyir. "Yeni dövrə də İlham Əliyevlə başlayaq!" - Şəmsəddin Əliyev yekun çıxışında vurğulayıb.

"Azpolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol