Estoniya, Latviya və Litva şərq sərhədi boyunca “Baltikyanı müdafiə xətti”nin tikintisinə dair razılığa gəliblər.
"AzPolitika.info" xəbər verir ki, Estoniyanın müdafiə naziri Hanno Pevkur latviyalı və litvalı həmkarları Andris Spruds və Arvydas Anusauskas ilə fotosunu "X" sosial media platformasından paylaşaraq sərhədə yaxın lazımi yerlərdə müdafiə obyektlərinin qurulacağını bildirib.
Pevkur bəyan edib ki, hər üç ölkə şərq sərhədində “Baltikyanı müdafiə xətti”ni qurmağa razılaşıb.
Estoniyanın "ERR" telekanalı xəbər verir ki, Estoniya Rusiya ilə 294 kilometrlik sərhədində təxminən 600 sığınacaq tikəcək. Tikintiyə 2025-ci ildə başlanması planlaşdırılır.
"AzPolitika.info"


Şərhlər