Almaniyanın paytaxtı Berlin şəhərində azərbaycanlı gənc vəhşicəsinə qətlə yetirilib.
"Bakupost.az" xəbər verir ki, əslən Mingəçevirdən olan Əhliman adlı şəxsi dörd nəfər Moldova vətəndaşı döyüb, ağır xəsarətlər yetirib.
Məlumata görə, hadisə restoranların birində baş verib. Moldovalılar restoranda istirahət edən Türkiyə vətəndaşına rusca ağır söyüşlər söyüblər. Əhliman rusca bildiyindən məsələyə müdaxilə edib və təhqirləri dayandırmağı tələb edib. Bu zaman tərəflər arasında mübahisə yaranıb. Hadisə şahidlərinin sözlərinə görə, dörd nəfər əlbəyaxa onu döyə bilməyib, sonradan dəmir parçasıyla başına arxadan zərbələr endiriblər. Həmyerlimiz xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törədən şəxslərdən ikisinin saxlanıldığı bildirilir. Hazırda Əhlimanın nəşinin Azərbaycana göndərilməsi ilə bağlı işlər aparılır.



Şərhlər
Moldovada millətin əsas hissəsi bizdəki kimi acından günorta durur, ona görə də arvadlar qazanmaq üçün Türkiyəyə gedir, kişilər Avropaya.Arvadları türklərin evində qulluqlçu adıyla oynaşır-dingildəşir deyə türklərdən yanıqlıdırlar, odur ki harada türk görsələr söyürlər, təhiramiz olaraq hamısına “Maxmud” deyirlər.Çünki o arvadlar Moldovaya qayıdanda çoxlu pullarla qayıtsalar da türklərin vəhşi olduqlarından, onları davamlı əsarətdə saxladıqlarından gopa basırlar.Bunu Moldovaya gedənlər gözəl bilir.Moldovada oxuyan türklər də tətilə Türkiyəyə qayıdanda Türkiyədə terminallarda Moldova avtobuslarını gözləyirlər ki, içəridən gənc moldovan oğlan çıxan kimi təpiklərinin altına salıb qaçsınlar.Bu yazıq gərək qoşulmayaydı məsələyə, çünki o türk onsuz da onların nə dediyini qətiyyən anlamayıb.O türklə dava etmiş olsaydılar o ayrı,qardaş qardaşı qoruyacaq təbii.Nə isə. Allah rəhmət eləsin.