Menu

Əfqanıstanda qəzaya uğrayan təyyarədə 4 nəfər sağ qalıb

21.01.2024, 19:21
Əfqanıstanda qəzaya uğrayan təyyarədə 4 nəfər sağ qalıb

Əfqanıstanda radarlardan itən Falcon 10 təyyarəsinin göyərtəsində olan 4 nəfər, ilkin məlumatlara görə, sağdır, daha iki nəfər haqqında məlumat dəqiqləşdirilir.

APA xəbər verir ki, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin məlumatında deyilir.

“Rusiyanın Əfqanıstandakı səfirliyinin məlumatına görə: yerli axtarış-xilasetmə xidməti Falcon 10 təyyarəsini tapıb, təyyarənin göyərtəsində olan altı nəfərdən ilkin məlumata görə dördü sağdır (onların müxtəlif xəsarətləri var), iki nəfərin taleyi dəqiqləşdirilir”, - deyə idarədən bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol