Menu

Səudiyyə Ərəbistanı İsraillə münasibətləri normallaşdırmaq üçün şərt qoyub

21.01.2024, 21:41
Səudiyyə Ərəbistanı İsraillə münasibətləri normallaşdırmaq üçün şərt qoyub

Fələstin probleminin uzunmüddətli həlli tapılmayana qədər Səudiyyə Ərəbistanı İsraillə münasibətlərini normallaşdıra bilməyəcək.

"Report" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Feysal bin Fərhan Al Səud CNN telekanalına müsahibəsində bildirib.

O, jurnalistin müvafiq sualına cavabında deyib: “Bizim üçün faydalı olan yeganə yol budur. Sabitliyə ehtiyacımız var, ümid edirəm ki, bu, Fələstin probleminin həlli ilə əldə olunacaq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol