Menu

Gürcüstanda silahlı şəxs həmkəndlilərinə atəş açıb, yaralılar var

22.01.2024, 00:51
Gürcüstanda silahlı şəxs həmkəndlilərinə atəş açıb, yaralılar var

Gürcüstanın Telavi bələdiyyəsinin Lapankuri kəndində silahlı insidentdə üç nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Inter Press News” məlumat yayıb.

Yerli sakinlərin sözlərinə görə, kəndlilər arasında söz davası qanlı qarşıdurmaya çevrilib. Sakinlərdən biri ov tüfəngi ilə həmkəndlilərini yaralayıb.

Yaralanmış sakinlər Telavinin xəstəxanalarına çatdırılaraq reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol