Menu

ABŞ-nin Suriyadakı bazalarına PUA hücumu olub

22.01.2024, 09:11
ABŞ-nin Suriyadakı bazalarına PUA hücumu olub

Suriyanın şərqindəki Əl-Ömər neft yatağı yaxınlığında yerləşən ABŞ hərbi bazasına pilotsuz uçuş aparatları ilə hücum edilib.

APA xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb. Kanlın məlumatına görə, hərbi obyektin ərazisində bir neçə partlayış baş verib, partlayış səsləri ətrafda aydın eşidilib.

Hücuma görə məsuliyyəti İraq İslami Müqaviməti hərəkatı üzərinə götürüb. Qurumun Telegram kanalında yaydığı bəyanatda deyilir ki, onun döyüşçüləri hücumu “Qəzza zolağında fələstinlilərin qırğınına cavab olaraq” həyata keçirib. Mətndə deyilir ki, “hərəkat həm İraqda, həm də qonşu ölkələrdə Amerika işğalçı qüvvələrinə qarşı mübarizəni davam etdirəcək”.

Bundan əvvəl Suriyanın Hasəkə əyalətinin cənubunda, Əl-Cəbbis neft yatağının yaxınlığında yerləşən ABŞ bazası üzərində kamikadze pilotsuz təyyarələr peyda olub. Hava hücumundan müdafiə sistemləri onlara atəş açdı. Hücumun nəticələri barədə məlumat verilmir.

Şərhlər

dadaşyev 2024-01-22 10:55:27

Məsələ belədir:əgər ABŞ bazasının içinə bomba düşürsə və heç kim ölmürsə demək o bombaları ABŞ özü atıb.Yox əgər bombalar bazanın yan-yörəsinə düşürsə,demək İran atıb ABŞ-la razılaşdırılaraq.Yox əgər bazanın ətrafına düşürsə və bir neçə yerli adam ölürsə, demək bombalar İran ərazisindən yox,İranın İraq-Suriya-Yəməndəki terror qruplaşmaları tərəfindən atılıb.O kadar net yani kardeşim

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol