Bu gün Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Brüsseldə keçiriləcək görüşdə digər məsələlərlə yanaşı, Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasını da müzakirə edəcəklər.
“AzPolitika.info” Qərb mediasına istinadla xəbər verir ki, görüşdə Avropa diplomatiyasının rəhbəri Josep Borrel Ermənistan-Azərbaycan nizamlanması mövzusunda təqdimatla çıxış edəcək. Xatırladaq ki, bu yaxınlarda Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar İrəvana səfər edib.
O, Ermənistan rəhbərliyi ilə danışıqlar aparıb, regional prosesləri, eləcə də İrəvanla Bakı arasında sülh prosesini müzakirə edib.
Bundan əlavə, Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri Ukraynaya uzunmüddətli hərbi və iqtisadi yardım, Fələstin-İsrail münaqişəsi, Aİ-nin Qırmızı dənizdəki missiyası və 13-cü anti-Rusiya sanksiyalar paketini müzakirə edəcəklər.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər